Yaxın beş il ərzində Qazaxıstan qaz hasilatını 15 milyard kubmetr artıracaq
Qazaxıstanda qaz hasilatı 2024-cü ildəki 59 milyard kubmetrdən 2029-2030-cu illərdə 74 milyard kubmetrə qədər arta bilər.
TodayPress TV-nin məlumatına görə, bunu "QazaqGaz"ın İdarə Heyətinin sədri Alibek Jamauov deyib.
"Artım yeni yataqların istismara verilməsi və mövcud aktivlərdə hasilatın artırılması hesabına təmin olunacaq", - Jamauov 16-cı KAZENERGY Avrasiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, daxili enerji təchizatı mənbəyi kimi qazın əhəmiyyəti getdikcə daha çox artır.