Yaponiyada rekord qar yağışı: 28 ölü, 300-dən çox yaralı

Dünya

30.01.2026 19:00

Yaponiyanın şimal-şərqində rekord miqdarda qar yağması nəticəsində ən azı 28 nəfər ölüb, təxminən 300 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Ən çox ölüm halları Niiqata prefekturasında (12), Akitada (8) və Hokkaydoda (5) qeydə alınıb. Ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar və yolları təmizləyərkən vəziyyəti pisləşənlər də var. Ölənlərin bəzilərinin xroniki xəstəlikləri və digər əsas sağlamlıq problemləri olduğu bildirilib.

Son günlər Niiqata, Hokkaydo, Akita və Yamaqatada güclü qar yağışı müşahidə olunub. Meteoroloqlar yaxın günlərdə qar yağışının davam edəcəyini bildirir: 31 yanvar səhəri Niiqata prefekturasında 70 santimetr, Honşu adasının şimal-şərq bölgələrində isə 50 santimetrədək qar gözlənilir.

Pis hava şəraiti ictimai nəqliyyatın işində fasilələr yarada bilər. Yaponiya Hava Yolları artıq beş reysi ləğv edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaponiya,Rekord,Qar,Yağış,Todaypress.tv,