Yaponiyada qəza: 67 avtomobil toqquşdu

Yaponiyada qəza: 67 avtomobil toqquşdu
28.12.2025 03:41 Dünya

Yaponiyada 67 nəqliyyat vasitəsi toqquşub.

TodayPress TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb, onlardan 5-i ağır yaralıdır.

Bildirilib ki, qəza Minakami ərazisində baş verib. Qəzadan sonra təxminən 20 avtomobil alovlanıb və yanğın təxminən yeddi saat yarım sonra söndürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər