Yaponiyada hakim koalisiya seçkilərdə mübarizə aparır

Yaponiyada hakim koalisiya seçkilərdə mübarizə aparır
20.07.2025 16:05 Dünya
Yaponiyanın ictimai televiziyası "NHK" tərəfindən keçirilən "exit-poll" nəticələrinə görə, Liberal Demokrat Partiyası (LDP) və Komeito Partiyasından ibarət hakim koalisiya parlamentin yuxarı palatasında çoxluğu saxlamaqda çətinlik çəkə bilər.

TodayPress TV xəbər verir ki, koalisiyanın çoxluğu qoruması üçün 124 yerin ən azı 50-ni qazanması tələb olunur.

"NHK"nın sorğularına əsasən, hakim blok yalnız 32–51 yer arasında mandat əldə edə bilər.

Qeyd edək ki, koalisiya artıq ötən ilin payızında parlamentin aşağı palatasında çoxluğu itirib. Lakin müxalifətdəki fikir ayrılıqları nəticəsində, azlıq hökuməti quraraq hakimiyyətdə qalmağa davam edib.

Türkan İsgəndərli
XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər