Xarq adası yaxınlığında yeni neft sızıntısı - CEOBS faktı təsdiqlədi
İranın Xarq adası yaxınlığında neft sızıntısı aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Münaqişələr və Ətraf Mühit Rəsədxanası (CEOBS) "X" sosial şəbəkəsində paylaşım edib.
"İranın Xarq adası yaxınlığında yeni neft sızıntısı müşahidə olunur. Bu dəfə sızıntı şərq sahilindən dənizə neft axıdılması nəticəsində yaranıb", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, sızıntı adadan təxminən 700 metr məsafədə yerləşir.
Qeyd edək ki, ötən günlərdə Qərb mediası başqa bir neft sızıntısısnın aşkarlandığı barədə məlumat yaymışdı, lakin həmin vaxt İran rəsmiləri bu məlumatın təsdiqini tapmadığını bildirmişdilər.
Aysel Mətləb