Volqoqrad vilayətində pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verdi

Volqoqrad vilayətində pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verdi
04.10.2025 11:45 Dünya

Volqoqrad vilayətinin Kumıljenski rayonuna düşmüş Ukraynaya məxsus pilotsuz təyyarənin dağıntıları nəticəsində quru bitki örtüyündə yanğın başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə qubernator Andrey Boçarov “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hazırda yanğınsöndürənlər yanğınla mübarizə aparır. Təcili yardım xidmətləri də hadisə yerindədir.

Rəsmi açıqlamaya görə, fövqəladə vəziyyət nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl Leninqrad vilayətində PUA-nın hücumu sənaye zonasında yanğına səbəb olmuşdu.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər