Vens: "Ukrayna və Rusiya sülh istəmir"
Nə Ukrayna, nə də Rusiya müharibəni dayandırmaq və sülh razılaşmasına nail olmaq niyyətindədir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Vitse-Prezidenti Ceyms Devid Vens deyib.
Onun sözlərinə görə, prezidentin fəal diplomatik səyləri tərəflərə müəyyən ümid və cəsarət versə də, sonda razılaşma üçün hər iki tərəfin siyasi iradə göstərməsi vacibdir:
“Bütün cəhdlərimizə baxmayaraq, nə Moskva, nə də Kiyev hələ razılaşma imzalayacaq mərhələyə çatmayıb”, – Vens qeyd edib.
Jalə Rövşən