Venesuelanın neft hasilatı üç ayda kəskin artdı

Venesuelanın neft hasilatı üç ayda kəskin artdı
23.03.2026 21:30 Dünya

2026-cı ilin yanvar ayında ABŞ-nin hərbi əməliyyatından bəri Venesuelada neft hasilatı 20% artıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt “CNBC”yə verdiyi müsahibədə bildirib.

"Amerikanın müdaxiləsindən bir az əvvəl Venesuela gündə 1 milyon bareldən bir az az neft istehsal edirdi. Bu gün isə Venesuela gündə 1,2 milyon barelə yaxın neft istehsal edir. Beləliklə, bu, cəmi üç ayda 20% artım deməkdir", - deyə o qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər