Venesuela Rusiya ilə tərəfdaşlıq müqaviləsi imzaladı

Venesuela Rusiya ilə tərəfdaşlıq müqaviləsi imzaladı
08.10.2025 09:36 Dünya

Venesuela Prezidenti Nikolas Maduro Rusiya ilə onillik strateji tərəfdaşlıq və əməkdaşlıq sazişini imzalayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə VTV məlumat yayıb.

O, sənədi Rusiya Prezidenti Vladimir Putinin doğum günü münasibətilə imzaladığını bildirib.

Maduronun sözlərinə görə, saziş 7 oktyabr tarixindən etibarən Venesuela qanunu kimi qüvvəyə minib. Milli Assambleya sənədi yekdilliklə ratifikasiya edib.

Yeni saziş Venesuela və Rusiya arasında qarşıdakı on il üçün siyasi, iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığı əhatə edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər