Venesuela lideri ABŞ-yə dəvət olundu

Venesuela lideri ABŞ-yə dəvət olundu
12.02.2026 20:20 Dünya

Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ-nin energetika naziri Kris Raytın Karakasa səfəri zamanı ABŞ-yə dəvət aldığını bildirib.  

TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. 

Nəşrin məlumatına görə, Rodrigez əməkdaşlıq qurulduqdan və irəliləyiş əldə edildikdən sonra ABŞ-yə səfər etməyi planlaşdırdığını bildirib. 

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ Venesuela Prezidenti Nikolas Maduronu həbs etdikdən sonra sabiq vitse-prezident və neft naziri olmuş Rodrigez prezident səlahiyyətlərini icra etməyə başlayıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər