Vatikan Ukraynada sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır
İyul ayının 9-u Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edən Roma Papası XIV Leo, Vatikanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində vasitəçi platformaya çevrilməyə hazır olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin rəsmi açıqlamasında bildirilir.
Bəyanatda qeyd olunub ki, Papa həm Rusiya, həm də Ukrayna nümayəndələrini Vatikanda danışıqlara dəvət etməyə hazırdır.
Nicat Osman