ÜST: Sudanda 25 milyon insan ərzaq çatışmazlığı ilə üz-üzədir

ÜST: Sudanda 25 milyon insan ərzaq çatışmazlığı ilə üz-üzədir
08.08.2025 21:55 Dünya

Vətəndaş müharibəsinin davam etdiyi Sudanda xəstəliklər sürətlə yayılır, bir çox bölgələrdə isə aclıq hökm sürür.

TodayPress TV xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.  

Təşkilat bildirir ki, ölkədə təxminən 25 milyon insan ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. 2023-cü ilin iyul ayından bu günə qədər isə demək olar ki, 100 min nəfərdə xolera infeksiyası qeydə alınıb.

ÜST-ün hesabatına görə, bu il təxminən 770 min beş yaşından kiçik uşaqın ağır dərəcəli qidalanma çatışmazlığından əziyyət çəkməsi gözlənilir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər