Ursula fon der Lyayen: "Rusiyaya təzyiqlər artırılmalıdır"

Ursula fon der Lyayen:  "Rusiyaya təzyiqlər artırılmalıdır"
16.06.2025 12:00 Dünya

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, atəşkəsə nail olmaq üçün G7 ölkələri sanksiyaları sərtləşdirməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyinə istinadən məlumat yayıb.

Dünyanın aparıcı demokratiyalarının liderləri hazırda Kanadada görüş keçirirlər. Görüşün əsas məqsədlərindən biri ABŞ prezidenti Donald Trampın diqqətini Ukraynaya qarşı aparılan müharibədən yayındırmamaqdır – baxmayaraq ki, İsrail və İran arasında yenidən alovlanan hərbi gərginlik gündəmi dəyişməkdədir.

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. Lakin bu istiqamətdə Trampı razı salmaq mümkün olmayıb. ABŞ prezidenti Vladimir Putinə təzyiq göstərməyə tələsmir və bildirib ki, əlavə sanksiyalar atəşkəsə nail olmaq üçün aparılan səylərə mane ola bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər