Uraloğlu: "Zəngəzur Dəhlizi Orta Dəhlizin gücünü artıracaq"

Uraloğlu: "Zəngəzur Dəhlizi Orta Dəhlizin gücünü artıracaq"
26.10.2025 17:30 Dünya

Zəngəzur Dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

TodayPress TV "Kanal7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun imkanlarının genişləndirilməsi ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsinin bərpası istiqamətində də konkret addımlar atılır.

O, Qarsdan Naxçıvanla sərhədə qədər olan 224 kilometrlik dəmir yolunun tikintisinin başladığını xatırladaraq vurğulayıb ki, bu marşrut iki xəttli olacaq və bu da yükdaşımaların həcmini artıracaq.

Uraloğlu əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi sürətlə davam edir və işlərin əksər hissəsi artıq yekunlaşıb. Onun sözlərinə görə, yaxın zamanda Zəngəzur Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində də tikinti işlərinin başlanması gözlənilir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Bütün Xəbərlər