Ukraynaya ERAM raketlərinin veriləcəyi tarix açıqlandı

Ukraynaya ERAM raketlərinin veriləcəyi tarix açıqlandı
06.09.2025 02:15 Dünya

Avqust ayında ABŞ Ukraynaya 3350 ERAM qanadlı raketinin satışını təsdiqləsə də, raketlər əhəmiyyətli miqdarda yalnız gələn il göndərilməyə başlanacaq.

TodayPress TV xəbər verir ki, bu haqda “Aviationweek” məlumat yayıb.

Nəşr qeyd edir ki, Pentaqon bu raketlərin hazırlanması və istehsalı üçün yalnız ötən ilin avqustunda tender elan edib və ilk tədarüklərin bu ilin oktyabrında baş tutacağı gözlənilir.

Qeyd edək ki, Ukraynaya 3350-yə qədər raket almağa icazə verilsə də, istehsal olunan ilk partiya cüzi olacaq və ilk 10 raket oktyabrda təhvil veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər