Ukraynanın XİN rəhbəri Çexiyaya gedəcək

Ukraynanın XİN rəhbəri Çexiyaya gedəcək
13.06.2025 13:24 Dünya

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavskinin dəvəti ilə Çexiyaya işgüzar səfər edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Bildirilib ki, Sibiqa Praqada keçiriləcək "GLOBSEC-2025" beynəlxalq forumunda iştirak edəcək. 

Nazir səfər çərçivəsində Latın Amerikası və Yaxın Şərq ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə ayrıca danışıqlar aparacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər