Ukraynanın Poltava vilayəti zərbələrə məruz qaldı: Ölənlər var
Ukraynanın Poltava vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində azı 2 nəfər həlak ölüb, daha 11 nəfər zərər çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyakovniç öz "Telegram" kanalında bildrib.
"Təəssüf ki, hücum nəticəsində 2 nəfər həlak olub, yaralananların sayı 11-ə çatıb", - o qeyd edib.
Zərbələr nəticəsində yaşayış binaları, həmçinin mehmanxana binası zərər çəkib. Hadisə yerlərində xilasetmə, tibb işçiləri və digər müvafiq xidmətlərin əməkdaşları çalışır.