Ukraynanın dövlət borcu 213 mlrd. dolları keçdi
Dünya
03.02.2026 15:35
Ukraynanın dövlət borcu 2024-cü ilin sonu ilə müqayisədə təxminən 30% artıb.
TodayPress TV "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatına əsasən, 31 dekabr 2025-ci il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcunun ümumi həcmi 9,042 trilyon qrivna və ya 213,3 milyard dollar təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 29,5% (dollar ifadəsində isə 28,4%) çoxdur.
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ildə Ukraynanın dövlət borcu əsasən beynəlxalq tərəfdaşların maliyyə dəstəyi hesabına 47,3 milyard dollar artıb.
Qeyd edək ki, yanvarın 13-də Ukraynanın Beynəlxalq Valyuta Fonduna (BVF) milyonlarla dollarlıq ödənişi gecikdirdiyi bildirilmişdi. Ödəniş məbləği Vaşinqton vaxtı ilə 125,737,500 Xüsusi Borclanma Hüququ (SDR) və ya 179,6 milyon dollar təşkil edib. Sözügedən ödəniş BVF-nin üzv ölkələri tərəfindən maliyyələşdirilən kredit mexanizmi çərçivəsində həyata keçirilib.
Jalə Rövşən
tag: Ukrayna ,Maliyyə Nazirliyi,Dövlət borcu ,Artım ,Todaypress.tv,
