Ukraynalıların 52%-i ərazi güzəştlərinə qəti qarşıdır

Dünya

10.06.2025 12:07

Ukrayna əhalisinin əksəriyyəti Rusiya ilə sülh naminə ərazi güzəştlərinə qarşıdır və bu mövqedə son aylarda dəyişiklik baş verməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMSİ) sorğusuna istinadla məlumat yayıb.

May ayında respondentlərin 52%-i istənilən ərazi güzəştinə qəti şəkildə qarşı olduğunu bildirib (fevralda – 50%). 38%-i isə müəyyən güzəştləri qəbul etməyə hazır olduğunu deyib (fevralda – 39%).

Əgər söhbət Rusiya tərəfindən bəzi ərazilərin rəsmi tanınmasından gedirsə, buna 68% qarşı, 24% isə razıdır.

Hazırda Ukraynanın nəzarətində olan ərazilərin verilməsi ideyasına 78% qarşı çıxsa da, 15% razıdır.

Rusiya nəzarətini de-fakto qəbul, amma de-yure tanımamaq variantını  43% qəbul etsə də, 48% rədd edir.

KMSİ qeyd edir ki, əgər sülh planı təhlükəsizlik zəmanətləri və digər mühüm təminatlar versə, ukraynalıların yarıdan çoxu kompromisə razı ola bilər. 

Sorğu 15 may – 3 iyun tarixlərində 1011 nəfər arasında keçirilib.

Qiymət Mahir

tag: Ukrayna,Sorğu,Əhali,Rusiya,todaypress.tv,