Tramp hərbçilər qarşısında rəqsi ilə gündəm oldu
Dünya
28.10.2025 17:13
ABŞ Prezidenti Donald Tramp Yaponiyada yerləşən “USS George Washington” təyyarədaşıyan gəmisində Amerika hərbçiləri qarşısında çıxış edib və “YMCA” mahnısının sədaları altında öz məşhur rəqsini ifa edib.
TodayPress TV xəbər verir ki, video Ağ Evin YouTube kanalında yayımlanıb.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş rezonans doğurub. Trampın hərəkətləri bir çoxları tərəfindən 1996-cı ildə Boris Yeltsinin rok konsertindəki rəqsi ilə müqayisə edilib.
Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov isə bu müqayisəni “yersiz” adlandıraraq bildirib ki, Tramp ancaq kütlənin əhvalını qaldırmaq bacarığına malikdir.
Məlumata görə, Trampın çıxışı ABŞ hökumətinin bağlanması səbəbindən hərbçilərin maaşlarını itirmək riski fonunda baş tutub.
Jalə Rövşən
tag: Ağ Ev,ABŞ Prezidenti Donald Tramp,Yaponiya,Rəqs,Todaypress.tv,
