Banqladeşdə hərbi təyyarənin məktəbə düşməsi nəticəsində ölənlərin sayı artdı
Dünya
22.07.2025 13:45
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "F-7" tipli hərbi təlim təyyarəsinin paytaxt Dəkkənin Uttara bölgəsində məktəb kampusuna düşməsi nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.
Rəsmilərin verdiyi açıqlamalara əsasən, ölənlərdən 25-i məktəbli uşaqdır. Qəza nəticəsində yaralanan 78 nəfər isə müxtəlif xəstəxanalarda müalicə alır.
Qeyd edək ki, hadisə iyulun 21-də baş verib. Banqladeş Silahlı Qüvvələrinin İctimai Əlaqələr İdarəsinin (ISPR) yaydığı açıqlamada bildirilib ki, təyyarə planlı təlim uçuşu çərçivəsində havaya qalxıb, lakin texniki nasazlıq səbəbilə qəza baş verib. İdarə qeyd edib ki, qəzanın səbəbləri barədə ətraflı məlumat araşdırmalardan sonra ictimaiyyətə açıqlanacaq.
Ölkə hökuməti faciə ilə əlaqədar bir günlük matəm elan edib.
Hazırda əraziyə xilasedici qüvvələr cəlb olunub, hadisənin təfərrüatları və mümkün məsuliyyət daşıyan tərəflər araşdırılır. Təhlükəsizlik tədbirləri çərçivəsində ətraf məktəblərdə dərslər dayandırılıb.
Töhfə Səməd
tag: Banqladeş ,Təyyarə,Məktəb,Qəza,F-7,