Pakistanda məscid partladı: 10 nəfər öldü
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" agentliyi polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, partlayış zamanı məsciddə çox sayda insan olub. Y
aralılar xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli