Ukraynada “Bystroe” dəniz kanalında hərəkət bərpa olundu

Ukraynada “Bystroe” dəniz kanalında hərəkət bərpa olundu
06.08.2025 16:21 Dünya

Avqustun 6-dan etibarən Dunay çayı ilə Qara dənizi birləşdirən “Bystroe” dəniz kanalında gəmi hərəkəti bərpa edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dəniz Limanları Administrasiyası yayıb.

Məlumata görə, yalnız 4,5 metrə qədər suya oturan gəmilərin gündüz vaxtı və pilot müşayiəti ilə hərəkət etməsinə icazə verilir. Kanalın açılmasından əvvəl Ukrayna hərbçiləri və aidiyyəti qurumlar ərazidə ölçmə və mina təmizləmə işləri aparıblar. Nəticədə gəmiçilik üçün təhlükəsizlik şərtləri müəyyən olunub və kompleks yoxlamalar keçirilib.

Bu addım regionda dəniz nəqliyyatının bərpası və təhlükəsizliyinin təmin edilməsi baxımından vacib hesab olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər