Ukrayna PUA-ları rus kvadrosikli və qayığını vurdu

Ukrayna PUA-ları rus kvadrosikli və qayığını vurdu
14.10.2025 09:18 Dünya

Ukraynanın Cənub cəbhəsində pilotsuz uçuş aparatları rus qüvvələrinə məxsus kvadrosikl və qayığı məhv edib.

TodayPress TV “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.

Bildirilib ki, sərhədçilərin peşəkar və koordinasiyalı hərəkətləri nəticəsində hədəflər vurulub.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti və Xüsusi Əməliyyat Qüvvələri oktyabrın 13-də gecə saatlarında müvəqqəti işğal olunmuş Krımda neft terminalına və bir neçə elektrik yarımstansiyasına pilotsuz təyyarələrlə zərbələr endirmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər