Ukrayna nazirlərini istefaya göndərir

Ukrayna nazirlərini istefaya göndərir
11.07.2025 10:48 Dünya

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi hökumətdə kadr dəyişiklikləri, o cümlədən səhiyyə naziri Viktor Lyaşko və təhsil naziri Oksen Lisovinin istefasını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın "Suspilne" məlumat yayıb.

Məlumata görə, Prezident Aparatı artıq bu iki vəzifədə dəyişiklik ehtimalını ciddi şəkildə müzakirə edir. İlkin məlumatlara əsasən, təhsil naziri vəzifəsinə namizəd artıq müəyyən olunub. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə bağlı isə hələlik dəqiq qərar verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər