Ukrayna ilə ABŞ arasında yeni danışıqlar raundu keçiriləcək
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə yeni danışıqların başladığını bildirib. Danışıqlar ABŞ-nin Mayami şəhərində təşkil olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Umerov "Telegram" kanalında məlumat yayıb.
O bildirib ki, görüşdə onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.
Türkan İsgəndərli