Ukrayna Aİ-yə üzvlük üzrə ilk danışıqların vaxtını açıqladı

Ukrayna Aİ-yə üzvlük üzrə ilk danışıqların vaxtını açıqladı
08.07.2025 12:37 Dünya

Ukrayna, Avropa İttifaqına (Aİ) üzvlük üzrə ilk rəsmi danışıqlar klasterlərini iyul ayında açmağa hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin Avropa inteqrasiyası üzrə müavini Olqa Stefanişina "İnterfaks-Ukrayna" agentliyinə açıqlama verib.

İyulun 8-də isə xarici işlər nazirinin müavini Andrey Sibiqa XİN-də NATO məsələləri üzrə ayrıca şöbə və Aİ departamentinin yaradılacağını açıqlayıb. 

Macarıstanın Baş naziri Viktor Orban çıxışında Ukraynanın Aİ-yə daxil olmasına qarşı olduğunu bir daha bəyan edib. Onun sözlərinə görə, bu məsələdə Macarıstanın mövqeyi nəzərə alınmadan qərar verilə bilməz.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər