Ukrayna Aİ-ni Rusiya neftinin qiymətini endirməyə çağırdı

Ukrayna Aİ-ni Rusiya neftinin qiymətini endirməyə çağırdı
20.05.2025 17:24 Dünya

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqını Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməyə və Rusiya neftinin qiymətini bir barreli 30 dollara qədər endirməyə çağırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.

Nazir bildirib ki, artıq qüvvədə olan 17-ci sanksiya paketi kifayət deyil və yeni məhdudiyyətlər, o cümlədən Rusiya Mərkəzi Bankına qarşı təzyiqlər tətbiq olunmalıdır.

Qeyd edək ki, Aİ-nin sonuncu sanksiya paketinə Rusiya neft və qaz məhsullarının daşınmasında istifadə olunan 183 tanker və 3 gəmi daxil edilib. Siyahıya “North Moon”, “North Ocean”, “North Light” və digər iri gəmilər daxildir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər