Uitkoff: “Əbu-Dabidəki görüşlər konstruktiv keçdi”

Uitkoff: “Əbu-Dabidəki görüşlər konstruktiv keçdi”
05.02.2026 23:10 Dünya

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Əbu-Dabidə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı keçirilən üçtərəfli görüşləri konstruktiv kimi qiymətləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Uitkoff “X” sosial şəbəkəsində yazıb. 

O bildirib ki, 4-5 fevral tarixlərində ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin Əbu-Dabidə münaqişənin dayandırılması istiqamətində keçirdikləri ikinci üçtərəfli görüş konstruktiv xarakter daşıyıb. Danışıqlarda əsas diqqət davamlı sülh üçün zəruri şəraitin yaradılmasına yönəlib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər