Uçan avtomobillər havada toqquşdu
Çinin Çançun şəhərində keçiriləcək aviaşouya hazırlıq zamanı “Xpeng” şirkətinin istehsalı olan iki uçan avtomobil havada toqquşub.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, insident məşq uçuşu zamanı baş verib.
“İki aparat bir-birinə çox yaxın uçaraq toqquşub. Hadisə yerinə baxış keçirilib və səbəblər araşdırılır”, - rəsmi açıqlamada bildirilir.
Yayılan görüntülərdə “eVTOL” tipli uçan maşınlardan birindən qara tüstü çıxdığı, yerə düşən aparata isə yanğınsöndürənlərin müdaxilə etdiyi görünür.
Qiymət Mahir