Türkiyədən Suriyaya ilk uçuş baş tutdu

Türkiyədən Suriyaya ilk uçuş baş tutdu
05.07.2025 00:05 Dünya

Türkiyədən Suriyaya ilk uçuş həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” hesabında yazıb.

“Bu gün Ankara Esenboğa Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına ilk uçuş həyata keçirilib. Ankaradan Dəməşqə uzanan yeni ürək körpümüz köklü dostluğumuzun bir nişanəsi olaraq həyata keçdi”, - o yazıda qeyd edib.

Nazir uçuşların həftənin bazar ertəsi, cümə və bazar  günü olacağını vurğulayıb.

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər