Türkiyədə yaşayış yerlərinə yaxın ərazi yanır
Türkiyənin Adana vilayətində yaşayış yerlərinə yaxın açıq ərazi yanır.
TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğın Çukurova rayonunda baş verib.
Bəzi evlərdəki sakinlər təxliyə olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Aynur TAC