Türkiyədə temperatur 50°C-yə çatdı
Türkiyənin şərqində iyulun son günlərində havanın temperaturu 50 dərəcəyə yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə məlumat yayıb.
İyulun 24-də ölkənin ən azı 38 şəhərində temperatur 40°C-dən yuxarı olub. Ən yüksək göstəricilər Siirt şəhərində 49,1°C, Mardinin Kızıltəpə və Şırnağın Cizrə rayonlarında isə 48,8°C qeydə alınıb.
İyulun 25-də isə ən isti gün Silopi şəhərində müşahidə olunub. Burada termometrlər 49,9°C göstərib.
Türkiyə Meteorologiya Baş İdarəsi xəbərdarlıq edib ki, anomal istilər avqustun 2-dək davam edəcək və bu müddətdə temperatur normal göstəricilərdən 7-12°C yüksək olacaq.
Türkan İsgəndərli