Türkiyədə narkotik maddələrin dövriyəsinə qarşı əməliyyat keçirildi

Türkiyədə narkotik maddələrin dövriyəsinə qarşı əməliyyat keçirildi
15.08.2025 22:10 Dünya

Türkiyədə narkotik maddələrin dövriyəsinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. 

TodayPress TV-nin xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Son 2 həftə ərzində ölkənin 73 vilayətində aparılan əməliyyatlarda 1695 şübhəli saxlanılıb.

Əməliyyatlarda 479 növ narkotik maddə və 783 min 80 ədəd narkotik tərkibli həbb ələ keçirilib.

Aynur TAC
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər