Türkiyədə məşhur jurnalistə qarşı növbəti ittiham qaldırıldı

Türkiyədə məşhur jurnalistə qarşı növbəti ittiham qaldırıldı
11.08.2025 11:35 Dünya

Türkiyənin İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən 22 iyun tarixində “Prezidentə təhdid” ittihamı ilə həbs edilən jurnalist Fatih Altaylı barəsində daha bir istintaqa start verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Bildirilib ki, Altaylıya qarşı bu dəfə “İctimaiyyəti çaşdıracaq yalan məlumatları açıq şəkildə yaymaq” maddəsi üzrə araşdırma başladılıb.

Bundan əvvəl, Altaylının “YouTube” hesabına girişin məhdudlaşdırılması da məhz bu ittiham əsasında həyata keçirilib.

Qeyd edək ki, Fatih Altaylı 22 iyun tarixindən bəri həbsdə saxlanılır.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər