Türkiyədə mərasimdə kütləvi dava: 6 nəfər bıçaqlandı
Türkiyənin Qəhrəmanmaraş şəhərində keçirilən şənlik mərasimində kütləvi dava baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.
Məlumata görə, dava zamanı 6 nəfər bıçaqlanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli