Türkiyə yenidən vasitəçilik təklif edir

Dünya

24.05.2025 16:15

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri zamanı Ukrayna ilə bağlı sülh danışıqlarında vasitəçi olmağa yenidən hazır olduğunu bəyan edəcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. 

Fidanın Rusiyaya səfəri 26–27 may tarixlərində baş tutacaq və o, bu səfərə Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə gedir.

Mənbələrin bildirdiyinə görə, səfər çərçivəsində Fidan Türkiyənin Ukrayna ilə Rusiya arasında “ədalətli və dayanıqlı sülhün” tərəfdarı olduğunu vurğulayacaq. O, həmçinin 2022-ci ildə və 2025-ci il mayın 16-da İstanbulda keçirilmiş təşəbbüsləri xatırladaraq, Ankara tərəfindən yeni vasitəçilik təklifini təkrar səsləndirəcək.

Qiymət Mahir

tag: Türkiyə , Hakan Fidan,Moskva,Ukrayna ,Todaypress.tv,