Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırdı

Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırdı
14.03.2026 11:53 Dünya

Türkiyənin İraqdakı səfirliyi ölkədəki mövcud vəziyyətlə bağlı xəbərdarlıq yayıb.

TodayPress TV xəbər verir ki, Türkiyə bu çağırışı ABŞ-nin bəyanatından sonra edib.

Açıqlamada təhlükəsizlik şəraitinin sürətlə pisləşə biləcəyi vurğulanır. Türkiyə vətəndaşlarına izdihamlı meydanlar, toplantı yerləri, Bağdad və Ərbil kimi ərazilərdən uzaq durmaları tövsiyə olunub.

Səfirlik, mütləq zərurət olmadıqca İraqa səyahət edilməməsinin tövsiyə olunduğunu qeyd edib.

Bəyanatda həmçinin İraq hakimiyyətinin üçüncü ölkə vətəndaşlarına quru sərhəd keçid məntəqələrində 7 günlük tranzit vizası verəcəyini açıqladığı qeyd olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər