Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşdülər
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil qərargahında ukraynalı həmkarı Rustəm Umerovla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Onlar NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində bir araya gəliblər.