Türkiyə və NATO Ukrayna münaqişəsinin həllini müzakirə etdi

Türkiyə və NATO Ukrayna münaqişəsinin həllini müzakirə etdi
08.06.2025 19:45 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Baş katibi Mark Rutte ilə Ukrayna müharibəsinin dayandırılması yollarını müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

“Telefon danışığı zamanı Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması səyləri müzakirə olunub”, – deyə mənbə bildirib.

Hakan Fidan və Mark Rutte, həmçinin 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərinə də toxunublar.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər