Türkiyə Diyarbəkirdə neft hasilatına start verdi
Türkiyə Diyarbəkirdə neft hasilatına başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.
Nazir bildirib ki, bu addım ölkənin artan enerji tələbatını qarşılamaq məqsədi daşıyır. Onun sözlərinə görə, eyni metoddan Trakyada təbii qaz kəşfiyyatında da istifadə olunması planlaşdırılır.
Qeyd olunur ki, Türkiyənin enerji tələbatının növbəti 30 ildə üç dəfə artacağı gözlənilir. Bu səbəbdən ölkə neft və qaz tədarükünün təmin olunması istiqamətində fəaliyyətini genişləndirir.
Jalə Rövşən