Türk Dünyasının iki nəhəngi bir arada

Türk Dünyasının iki nəhəngi bir arada
14.05.2026 16:25 Dünya

Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib.

TodayPress TV xəbər verir ki, təqdimat Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.

Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə özünə təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib:

"Bu ordeni Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin".

Qeyd edək ki, "Xoca Əhməd Yəsəvi" ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. Bugünkü mərasimlə Prezident Ərdoğan "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilən ilk şəxs olub.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 Bütün Xəbərlər