Trampdan sərt mesaj: İranın maliyyə sistemi..

Trampdan sərt mesaj: İranın maliyyə sistemi..
06.05.2026 01:14 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın maliyyə sisteminin çökməsinə ümid etdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərin İranın maliyyə sisteminin məhv olmasına imkan verib-verməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. 

“Biz onun süqutuna nail olmağa çalışırıq. Ümid edirəm ki, o çökəcək”, - deyə prezident vurğulayıb.

Dövlət başçısı bu istəyini İslam Respublikası ilə münaqişədə qalib gəlmək niyyəti ilə izah edib.

Amerika liderinin fikrincə, ABŞ və İsrail ordusunun hərbi əməliyyatları başa çatdıqdan sonra İran hakimiyyətinə ölkəni bərpa etmək üçün 20 il vaxt lazım olacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər