Tramp və Si Cinpin arasında səmərəli görüşə yol açılır

Tramp və Si Cinpin arasında səmərəli görüşə yol açılır
26.10.2025 11:15 Dünya

ABŞ və Çin arasında ticarət danışıqlarının ikinci günü Prezident Donald Tramp və Si Cinpin arasında “səmərəli görüş” üçün zəmin yaradıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir Kuala-Lumpurda bu danışıqların iki ölkə arasında razılaşma ümidlərini gücləndirdiyini bildirib.

O və ABŞ-nin Maliyyə Naziri Skott Bessent Çinin vitse-premyeri Xe Lifenqlə ASEAN toplantısı çərçivəsində görüşüb.

Tərəflər ticarət müharibəsini yumşaltmaq istiqamətində müzakirələr aparıblar.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər