Tramp və Ərdoğan İranla gizli görüş keçirmək istəyib

Tramp və Ərdoğan İranla gizli görüş keçirmək istəyib
21.06.2025 23:30 Dünya

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə İstanbulda ABŞ və İran rəsmilərinin görüşünü təşkil etmək istəyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" yazıb.

Məlumata görə, Tramp görüşə vitse-prezident Ceyms Devid Vensi və nümayəndəsi Stiv Uitkoffu göndərməyə, hətta özü də getməyə hazır olub. Lakin İran Prezidenti Məsud Pezeşkian və XİN rəhbəri Abbas Əraqçi bu plan üçün İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyinin razılığını ala bilməyib.

Xameneyinin mövqeyi bilinmədiyi üçün Tehran görüşdən imtina edib. Türkiyə isə Vaşinqtona planın ləğv olunduğunu çatdırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər