Tramp: "Sülh ilə bağlı qərarları Putin və Zelenski verməlidir"
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişənin həllinə dair qərarları Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski verməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində bildirib.
O bildirib ki, ABŞ münaqişə zonasından uzaqda yerləşir və hadisələrin mərkəzində deyil. Ağ Ev rəhbəri əlavə edib ki, həm Putin, həm də Zelenski ilə müəyyən razılaşmalara gəlib və son qərarın onların özlərinə aid olduğunu düşünür.
Türkan İsgəndərli