Tramp "Shutdown"la bağlı açıqlama verdi
ABŞ Prezidenti Donald Tramp hökumətin fəaliyyətini dayandırmasının (shutdown) qaçılmaz olmadığını, lakin bunun çox güman ki, baş verəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə açıqlamasında "Heç nə qaçılmaz deyil, amma çox güman ki, mümkündür" deyə qeyd edib.
Qeyd edək ki, ABŞ hökumətinin fəaliyyətini dayandırma ehtimalı büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranan fikir ayrılıqları səbəbindən yaranıb. Bu, ABŞ-nin federal büdcəsi barədə tərəflər arasında razılığa gəlməməsi nəticəsində baş verə bilər.
Jalə Rövşən