Tramp: "Rusiya Ukraynanı tam işğal etmək istəyir"

Tramp: "Rusiya Ukraynanı tam işğal etmək istəyir"
26.05.2025 10:07 Dünya

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı son hücumlarını pisləyib. 

TodayPress TV xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu deyib.

Tramp bildirib ki, Putinin mülki şəxsləri öldürməsi narahatlıq doğurur. 

O bildirib ki, Putin Ukraynanın bir hissəsini yox, bütün ölkəni almaq istəyir. Trampa görə, əgər Rusiya bunu etməyə çalışsa, nəticədə özü çökə bilər.

Tramp həmçinin deyib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər