Tramp “Qızıl Qübbə” sisteminin buraxılış tarixini açıqladı

Tramp “Qızıl Qübbə” sisteminin buraxılış tarixini açıqladı
21.05.2025 10:25 Dünya

ABŞ üç il ərzində “Qızıl Qübbə” raketdən müdafiə sistemini işə salmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

"Biz prezident Ronald Reyqanın 40 il əvvəl başladığı işi həqiqətən başa vuracağıq" deyə Amerika lideri bildirib.   

O, əlavə edib ki, texnologiya ola biləcəyi qədər mükəmməlliyə yaxındır. 

Qeyd edək ki, bundan əvvəl Rusiya və Çin ABŞ-nin “Qızıl Qübbə” sisteminin yaradılması layihəsini "sabitliyi pozan layihə" adlandırmışdı.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər