Tramp Putinlə danışıqlardan sonra atəşkəsə ümid edir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.
TodayPress Tv-nin məlumatına görə, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq" paylaşımda qeyd olunub.